Elizabet Born Fransanın yeni Baş naziri olub.
Bu barədə Yelisey Sarayının bəyanatında deyilir.
“Respublika Prezidenti Emmanuel Makron Elizabet Bornu baş nazir təyin edib və ona yeni hökuməti qurmağı tapşırıb”, - kommünikedə bildirilir.
Born Fransa tarixində baş nazir təyin edilən ikinci qadın olacaq. Ondan əvvəl bu postu qadınlardan yalnız Edit Kresson tutub.
Born 2019-cu ildən 2020-ci ilə qədər Fransanın kompeks ekoloji dəyişikliklər naziri vəzifəsində çalışıb, 2020-ci ildən isə əmək, məşğulluq və inteqrasiya naziri vəzifəsində çalışıb.