Rusiya Prezidenti Vladimir Putin KTMT-nin iclasında iştirak etmək üçün Moskvada olan Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.
“İkitərəfli gündəlikdəki məsələləri və regional məsələləri müzakirə etmək üçün Sizinlə daimi təmasdayıq”, - Vladimir Putin bildirib və əlavə edib ki, son bir ildə iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artdı və investisiyalar da davam edir.
"Biz Qarabağ probleminin həllində birgə fəal işləməyə davam edirik. Üçtərəfli formatda, Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə. Bir çox məsələlər var. Sizinlə görüşmək və bütün kompleks məsələlər haqqında danışmaq imkanı əldə etdiyimə görə şadam", - Putin qeyd edib.
ER Baş naziri öz növbəsində qeyd edib: “Hörmətli Vladimir Vladimiroviç, icazə verin, KTMT-nin yubiley sammitini və ənənəvi səmimi qəbulu təşkil etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirim.
Əlbəttə, Kollektiv təhlükəsizlik müqavilənin 30 illiyi və Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının 20 illiyi əlamətdar hadisələrdir. Düşünürəm ki, bizim çox mənalı söhbətimiz oldu. Olduqca vacibdir ki, bu söhbət təşkilatımızın gələcəyinə, daha da inkişafına yönəlmişdir. Mənim Rusiya Federasiyasına ilk rəsmi səfərimdən bir aydan da az vaxt keçib. O zaman da çox mənalı söhbətimiz oldu.
Qeyd etdiyiniz kimi, bizim ikitərəfli gündəliyimiz o qədər doludur ki, biz daha tez-tez görüşə bilərik. Davamlı ünsiyyətdəyik, tez-tez telefon danışıqlarımız olur. İqtisadiyyat baxımından qeyd etmək istərdim ki, mart ayında müəyyən azalmadan sonra ikitərəfli iqtisadi əlaqələrin intensivləşməsi müşahidə olunmaqdadır.
Biz Ermənistana sərmayə qoymaq istəyən rus biznesindən investisiya marağı görürü və mən bilirəm ki, Siz bu məsələdə rus iş adamlarını Ermənistana sərmayə qoymağa təşviq edirsiniz. Bunun üçün də Sizə təşəkkür etmək istəyirəm.
Əlbəttə, ümid edirəm ki, bu gün biz birgə bəyanatımızda qeyd etdiyimiz kimi, regional təhlükəsizlik, sabitlik, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri, eləcə də ATƏT-in Minsk Qrupunun mühüm rolunu müzakirə edəcəyik. Mən Sizinlə bəzi məlumatları bölüşmək istərdim, ona görə də görüş üçün Sizə təşəkkür edirəm”.