Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə edəcək. Bu barədə “TRT Haber” məlumat yayıb.
Müzakirələr mayın 18-də Türkiyə-ABŞ Strateji Mexanizminin ilk toplantısı çərçivəsində baş tutacaq.
İclasda müzakirə olunacaq məsələlər siyahısında Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesinin gedişatı da var.
Digər məsələlərlə yanaşı regionda baş verən proseslər barədə də fikir mübadiləsi aparılacaq.