ABŞ NATO-ya İsveçin və Finlandiyanın üzvlüyü ilə bağlı Türkiyənin mövqeyini aydınlaşdırmağa çalışır. Bu barədə brifinq zamanı Pentaqonun sözçüsü Con Kirbi bildirib.
“Türkiyə NATO-dakı vacib müttəfiqimizdir. Nə İsveç, nə də Finlandiya hələlik üzvlük üçün rəsmi müraciət etməyiblər. Bu bir prosesdir, biz işləməyə davam edirik, lakin Pentaqonda başqa ölkənin xarici siyasətinin necə olması barədə danışa bilmərik”- deyə Pentaqonun sözçüsü qeyd edib.