ER-nin ərazi idarəetmə və infrastruktur naziri Gnel Sanosyan İran İslam Respublikasına etdiyi işgüzar səfər çərçivəsində İranın yollar və şəhərsalma naziri Rostam Qasemi ilə görüşüb.
Nazirlə ayrıca görüşdən sonra geniş tərkibdə görüş keçirilib.
İnformasiya mübadiləsi, İran şirkətlərinin Ermənistanda fəaliyyət göstərmə imkanları daxil olmaqla ümumi məsələlər müzakirə olunub. Yük daşımaları ilə bağlı məsələlər də müzakirə olunub.
Mövcud problemlər ikitərəfli qaydada qeydə alınmış, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması məqsədilə bu maneələrin aradan qaldırılmasına dair razılıq əldə edilmişdir.
Nazir vurğulayıb ki, Ermənistan bu istiqamətdə fəal işləyir.
“Bu kontekstdə biz Syunikdə, xüsusilə Şimal-Cənub yolun Syunikdəki hissəsində çəkilən yollara böyük əhəmiyyət veririk ki, bu da yaxın gələcəkdə İran yük maşınları üçün daha rahat olacaq, yolun uzunluğu azalacaq. Yaxın vaxtlarda işlər yekunlaşdıqdan sonra həmin yollarla getmək iqtisadi baxımdan daha sərfəli olacaq” – deyə nazir bildirib.