Ermənistan İran İslam Respublikası ilə zəngin tarixi ənənələrə əsaslanan ikitərəfli əlaqələrin davamlı inkişafına böyük əhəmiyyət verir. Bunu ER Parlamentinin deputatı Rustam Bakoyan mayın 16-da İran-Ermənistan Dostluq Birliyinin Təbriz ofisinin direktoru Əli Reza Nazif ilə görüşdə deyib.
Görüş zamanı xüsusilə Ermənistan-İran ticarət dövriyyəsinin inkişafı, işgüzar əlaqələrin qurulması ilə bağlı məsələlər, eləcə də iki ölkənin ticarət dövriyyəsinin genişləndirilməsi imkanları müzakirə olunub.
Mədəniyyət və turizmlə bağlı qarşılıqlı maraq doğuran proqramlara da toxunulub.
Dövlətlərarası münasibətlərin inkişafı kontekstində Ermənistan parlamentinin əsas rolu vurğulanıb.
İki ölkənin parlament dostluq qruplarının qarşılıqlı səfərlərinin intensivləşdirilməsi barədə razılıq əldə olunub.