Avstriya Finlandiya və İsveçin NATO-ya mümkün üzvlüyü fonunda neytral qalacağını açıqlayıb.
Bu barədə ölkənin xarici işlər naziri Aleksander Şallenberq bildirib.
“Finlandiya və İsveçin NATO-ya üzvülüklə bağlı qərarlarına hörmətlə yanaşırıq, ancaq biz neytrallığımızı qoruyacağıq”, - o qeyd edib.
Xatırladaq ki, Avstriya NATO-nun üzvü deyil. Finlandiya və İsveç NATO-ya üzv olmaqla bağlı rəsmi müraciət edəcəklərini açıqlayıb.