Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan dünən İctimai Televiziyanın efirində Ermənistanın Bakının təklifinə cavab olaraq təqdim etdiyi və sülh sazişi ilə bağlı müzakirələrin başlanması üçün zəruri olan 6 bəndi təqdim edib.
Orijinal mətn rus dilindədir, Edmon Marukyan qeyri-rəsmi tərcüməni təqdim edib.
-
Birinci bənddə qeyd edilir ki, Ermənistan Azərbaycanın təklifi martın 11-də alıb.
-
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı ərazi iddiası olmayıb və yoxdur.
-
DQ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət edilməsi, eləcə də DQ-ın yekun statusunun müəyyən edilməsi Ermənistan tərəfi üçün fundamental məsələlərdir.
-
Erməni tərəfi ER-nin baş naziri Nikol Paşinyanın, RF-nin prezidenti Vladimir Putinin və Azərbaycan prezidenti İlham Əliyevin 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında göstərilən öhdəlikləri (hərbi əsirlərin qaytarılması, kommunikasiyaların açılması) vacib hesab edir.
-
Ermənistan tərəfi BMT Nizamnaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt və Helsinki Yekun Aktı əsasında Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sülh, münasibətlərin normallaşdırılması üzrə müqavilə imzalamaq üçün danışıqlara başlamağa hazırdır.
-
Ermənistan tərəfi müvafiq danışıqların təşkili üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib.