Yunanıstan parlamenti ABŞ-lə Qarşılıqlı Müdafiə Əməkdaşlığı Sazişinə düzəlişlər edilməsinə səs verib.
300 yerlik parlamentdə 181 deputat sazişin lehinə, 119-u isə əleyhinə səs verib.
Yunanıstan və ABŞ arasında Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişi (MDCA) 14 oktyabr 2021-ci ildə imzalanıb.
Saziş ABŞ-ə əvvəllər verilmiş dörd bazaya əlavə olaraq dörd hərbi bazanın, o cümlədən ölkənin şimalındakı Aleksandrupolis limanı yaxınlığındakı Yannuli hərbi düşərgəsinin, Kritdəki dəniz bazası, Pieria bölgəsindəki Litohoro atış poliqonu və Larissadakı aviabazanın yaxınlığındakı Georgula düşərgəsinin verilməsini nəzərdə tutur.
Müqavilənin müddəti indi bir il deyil, beş il müəyyən edilib, lakin müxalifət beş ildən sonra müqavilənin müddətinin qeyri-müəyyən olacağını qeyd edib.