Mayın 12-də Yerevanda Ermənistan-İran hökumətlərarası komissiyasının 17-ci iclası çərçivəsində Ermənistan-İran biznes forumu keçirilib. Forumda Ermənistan İqtisadiyyat nazirinin müavini Armen Arzumanyan, Ertmənistanın İrandakı səfiri Arsen Avaqyan, İran İslam Respublikasının energetika nazirinin müşaviri Mahmud Əli Fəranakyan, İran İslam Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri, Ermənistan Respublikasının Ermənistan Respublikasındakı ticarət attaşesi Vardan Kostanyan, digər rəsmi şəxslər, Ermənistan-İran biznes ictimaiyyətinin nümayəndələri də iştirak etdi.
Nazir müavini Armen Arzumanyan məmnunluqla qeyd etdi ki, son illər Ermənistan və İran arasında rəsmi və işgüzar əməkdaşlğı aktivləşdirilib.
“Rəsmi məlumatlara görə, Ermənistan Respublikasında 2021-ci ildə İran kapitalının iştirakı ilə 6363 müəssisə qeydə alınıb. Ermənistan Respublikasının Statistika kömitəsinin məluamtına görə, 2022-ci ilin yanvar-mart aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 140-24 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4% artıb", - Armen Arzumanyan bildirib.
İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Abbas Bədəxşan Zohuri qeyd edib ki, Ermənistan və İran arasında yüksək səviyyəli siyasi əlaqələr qurulub, iki ölkə arasında iqtisadi sahədə də əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradılıb.
Konfrans zamanı “Meğri” və “Aras” iqtisadi zonaları arasında anlaşma memorandumu imzalanıb.