2022-ci il mayın 11-də Ermənistan Respublikasının Qazaxıstan Respublikasına yeni təyin olunmuş səfiri Armen Ğevondyan etimadnaməsinin surətlərini Qazaxıstan Respublikası Xarici İşlər Nazirinin müavini Yermuxambet Konuspayevə təqdim etmişdir.
Ermənistanın Qazaxıstandakı səfirliyindən verilən məlumata görə, tərəflər Ermənistan-Qazaxıstan əməkdaşlığının hazırkı vəziyyəti, inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Regional və beynəlxalq gündəlikdəki aktual məsələlərə toxunulub.
Konuspayev Ermənistanın Qazaxıstandakı diplomatik missiyasının prioritetlərinin yerinə yetirilməsində Ğevondyana uğurlar arzulayıb.