Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya hərbi yardımın 2 milyard avroya çatdırılmasını təklif edir.
Bu barədə Cozep Borrell G7-nin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
“Avropa İttifaqı olaraq biz Ukrayna ordusuna dəstək üçün daha 500 milyon avro yeni tranş ayıracağıq. Mən bu gün bunu elan edəcəyəm”, - diplomat vurğulayıb.
Aİ-nin Ali Nümayəndəsi bildirib ki, bununla da Ukraynaya hərbi dəstəyin ümumi dəyəri 2 milyard avroya çatacaq.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynaya hərbi maliyyə dəstəyinin artırılması ilə bağlı Borrellin təklifinə müsbət yanaşıb.
Bu barədə Prezident Mişel "Twitter"də bildirib.
“Ukraynaya hərbi texnika üçün Avropa Sülh Mexanizminin maliyyəsinin 2 milyard avroya çatdırmaq təklifinə tam dəstəyimi ifadə edirəm. İndi zaman çox önəmlidir”, - Mişel qeyd edib.