13 mayda Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.
Bu barədə FHN-dən məlumat verilib.