12 may 2022-ci il tarixində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərinə yola düşəcək.
Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, Düşənbədə Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
Nazir MDB tərəfdaşları ilə də görüşlər keçirəcək.