Finlandiyanın NATO-ya üzvlüyü həm alyansı, həm də Finlandiyanı gücləndirəcək.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.
“Finlandiya müraciətlə bağlı qərar qəbul etsə, üzvlük prosesi hamar və sürətli olacaq”, - Stoltenberq bəyan edib.
Baş katib əlavə edib ki, yetkin demokratiyaya malik Finlandiya NATO-nun ən yaxın tərəfdaşlarından biridir, Avropa İttifaqının (Aİ) üzvüdür və Avro-Atlantik təhlükəsizliyə mühüm töhfə verən bir ölkədir.
Qeyd edək ki, bu gün Finlandiya Prezidenti və Baş naziri ölkənin NATO-ya üzvlüyünü dəstəkləyib.