Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirdi ki, Rusiya Silahlı Qüvvələrinin aviasiyası ötən gecə ərzində Ukraynanın 100-ə yaxın hərbi obyektini vurub.
Əməliyyat-taktiki və ordu aviasiyası gecə ərzində 93 obyekti, o cümlədən iki komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 69 ərazini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin üç silah-sursat anbarını vurub.
Konaşenkov onu da bildirib ki, ötən gecə ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri biri “Bayraktar-TB2” olmaqla Ukraynanın 9 pilotsuz uçuş aparatını vurub.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 164 təyyarə, 125 helikopter, 807 pilotsuz uçuş aparatı, 302 zenit-raket kompleksi, 3000-ə yaxın tank və digər zirehli döyüş maşını, 360 reaktiv yaylım atəşi sistemi, 1455 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2808 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib",- deyə Konaşenkov vurğuladı.