Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan mayın 10-da Artsaxdakı rus icmasının nümayəndələrini və icma sədri Aleksandr Bordovu qəbul etdi.
Görüş zamanı respublikanın sosyal, təhsil və mədəni sahələrində aparılan siyasətlə bağlı məsələlər müzakirə olundu.
Artsaxdakı rus icmasına gəlincə, Dövlət başçısı qeyd edib ki, rus icması daima dövlətin diqqət mərkəzindədir və bundan sonra da hakimiyyət icmanın fəallığına dəstək vermək üçün əlindən gələni edəcəkdir.
Bu kontekstdə vurğulanıb ki, rus dilinə rəsmi status verildikdən sonra respublika ərazisində rus mədəniyyət evlərinin qurulması üçün işlər aparılır.