BMT Baş katibi Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq fürsətini əldən verib.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Omanın xarici işlər naziri Bədr bin Həməd Əl-Busaidi ilə danışıqların yekununa dair mətbuat konfransında bildirib.
“Çox təəssüf edirəm ki, bu təşkilatın katibliyi, o cümlədən onun Baş katibi uzun 7 il ərzində Kiyev rejiminin Ukraynanın şərqində nizamlanma üzrə Minsk razılaşmalarını təsdiq edən Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsinin açıq təxribatına heç bir reaksiya verməyərək siyasi nizamlanma əldə etmək fürsətini itirmiş oldu”, - deyə Sergey Lavrov qeyd etdi.