İtaliyanın Turin şəhərində “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.
Birinci yarımfinalda 17 ölkənin təmsilçisi çıxış edib: Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistan.
Çıxışların başa çatmasından sonra keçirilən səsvermədə daha çox səs toplamış 10 ölkə - İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib.
Qeyd edək ki, final mərhələsi mayın 14-də baş tutacaq. Ermənistanın təmsilçisi Rosa Linn “SNAP” mahnısı ilə çıxış edir.