Bir qrup ictimai fəal mayın 14-də Bakının Fəvvarələr Meydanında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Turan-a əsasən, aksiyanın məqsədi ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə etiraz daşıyır.
Aksiya ilə bağlı müraciətdə deyilir ki, ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz edir.
Aksiyanın Təşkilat Komitəsinə 24 nəfər ictimai, vətəndaş cəmiyyəti fəalı daxildir.
Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ölkədə ictimai-siyasi proseslər qanunla tənzimlənir.