Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə intihar edib. Bu barədə Azərbaycan mediası məlumat yayıb.
Hərbi Prokurorluq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun intiharı ilə bağlı məlumat yayaraq qeyd edib ki, Şəmkir Hərbi Prokurorluğunda araşdırma aparılır.