Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankaraya səfər edib. Bu barədə Qazaxıstan Prezidentin "Telegram" səhifəsində məlumat verilib.
Ankaraya ikigünlük səfəri çərçivəsində o, Türkiyə prezidenti ilə ikitərəfli və geniş tərkibli görüşlər keçirəcək, Qazaxıstan-Türkiyə biznes forumunda iştirak edəcək və Türkiyə iş adamları ilə görüşəcək.
Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə baş tutub.