Ermənistanda mayın 4-dən 10-dək 26 nəfərdə COVID-19 aşkarlanıb, 31 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.
Məlumatı Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 422 900-a çatıb.
İndiyədək 412 050 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 544 aktiv koronavirus xəstəsi var.