ABŞ-ın müdafiə naziri Lloyd Austin ukraynalı həmkarı Aleksey Reznikov ilə yeni hərbi yardım paketini müzakirə edib.
Bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden keçən həftə Pentaqondan Ukraynaya daha 150 milyon dollarlıq hərbi texnikanın təhvil verilməsi barədə göstəriş verib.
ABŞ-ın yeni yardım paketinə artilleriya mərmiləri, radioelektron mübarizə vasitələri və əks batareya radarları daxildir.