Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında əldə olunan bütün razılaşmalar ciddi şəkildə yerinə yetirilməlidir. Bunu Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopirkin Sotq istiqamətindəki mövqelərin atəşə tutulmasını şərh edərkən bildirdi.
“Tərəflərin vəziyyəti gərginləşdirə, eskalasiya riski yarada biləcək addımlardan çəkinməsi zəruridir. Bütün belə hallara münasibətimiz bu yanaşma ilə müəyyən edilir. Və təbii ki, biz mədənin normal, fasiləsiz işləməsində maraqlıyıq. Bu, həm də sosial baxımdan Ermənistan Respublikası üçün çox vacibdir”,- deyə səfir qeyd etdi.