Prezident Vahagn Xaçaturyan Qələbə və Sülh Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir:
“Əziz həmvətənlər,
Sizi Qələbə və Sülh Günü münasibətilə ürəkdən təbrik edirəm.
77 il əvvəl erməni xalqı SSRİ-nin digər xalqları və mütərəqqi bəşəriyyətlə birlikdə faşizmə qarşı böyük müharibədə qalib gəldi.
Biz ermənilər o mübarizəyə öz layiqli töhfəmizi vermişik. Müharibəyə gedən 600 min ermənidən 300 mini döyüş meydanından qayıtmayıb. Veteranları unutmadan, azadlıq və müstəqillik uğrunda mübarizədə qəhrəmanlarımızın xatirəsini əbədi saxlamaq bizim ümumi borcumuzdur.
Xalqımız sülhün qiymətini yaxşı bilir. Vətəni təhlükəsiz və güvənli qorumaq hamımızın müqəddəs borcudur, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün bütün səylərimizi sərf etməliyik.
Bu əlamətdar gün, Qələbə və Sülh Günü münasibətilə hər kəsi bir daha təbrik edərək, Vətən uğrunda misilsiz qəhrəmanlıqlar göstərmiş qəhrəmanlarımızın əziz xatirəsi önündə baş əyir, Böyük Vətən Müharibəsi və Qarabağ veteranlarına cansağlığı arzulayırıq”.