Rusiyanın Polşadakı səfirliyi Varşavada sovet hərbçilərinin qəbiristanlığında səfir Sergey Andreyevə edilən hücumla bağlı şikayət göndərməyə hazırlaşır, RİA Novosti xəbər verir.
Bazar ertəsi Andreyev həyat yoldaşının və diplomatlarının müşayiəti ilə Varşavadakı sovet hərbçilərinin qəbiristanlığına gedib. Aqressiv polyakların və ukraynalıların əvvəlcədən toplaşıb yolu bağlayıb, səfirin ünvanına təhqiramiz sözlər deyiblər, daha sonra Andreyev və onu müşayiət edən şəxslərin üzərinə qırmızı boya atıblar.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hadisəyə toxunaraq qeyd edib ki, “İkinci Dünya Müharibəsi qəhrəmanlarının abidələrinin sökülməsi, məzarların ləkələnməsi, indi isə həlak olanların xatirəsinə əklil qoyulmasının qarşısının alınması Qərbdə faşizmin dirçəliş kursunun başlanmasını təsdiqləyir”.