Artsaxın müdafiə naziri, Müdafiə Ordusunun komandanı, general-leytenant Kamo Vardanyan Qələbə Günü, Artsax Respublikasının Müdafiə Ordusunun yaradılması və Şuşinin azad edilməsi günü münasibəti ilə müraciət göndərib.
Müdafiə naziri qeyd etdi ki, artıq ikinci ildir ki, təqvimimizin ən parlaq günlərindən olan 9 may tarixini, Böyük Vətən Müharibəsində Qələbə günü, Şuşinin işğaldan azad edilməsinin və Müdafiə Ordusunun yaradılması gününü qaralmış əhval-ruhiyyədə qeyd edirik.
“Iki qələbə güclü kollektiv iradə, lazımi anda güclü hədəflər ətrafında birləşmək bacarığı, döyüş meydanında fədakarlıq və qəhrəmanlıq, ön cəbhə arxasında ardıcıl,çətin işlərlə mümkün olub.
İndi həmin keyfiyyətləri bir daha göstərməyin vaxtıdır. Vətənin müdafiəsində həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad etməyin ən yaxşı yolu onların arzuladığı ölkəni qurmaqdır. Bu yolda bizim gücdən, ruhdan düşməyə haqqımız yoxdur, azad, müstəqil Artsax varsa tökülən bir damla qan mənasız deyildir. Biz milli məqsədlərimizi və istəklərimizi reallığa çevirmək əzmində qalırıq.
Hamımızı təbrik edirik. Əminəm ki, qələbələrimiz hələ qabaqdadır”.