Rusiya Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat zamanı nüvə silahı tətbiq etmək niyyətində olmadığını bəyan edib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev brifinqdə bildirib.
“Biz dəfələrlə Rusiyanın xüsusi hərbi əməliyyatda nüvə silahından istifadə edə biləcəyi ilə bağlı eyhamları təkzib etməli olmuşuq. Bu, düşünülmüş yalandır”, - deyə Rusiya XİN rəsmi nümayəndəsi vurğulayıb.
O əlavə edib ki, Rusiya “nüvə müharibəsində qalib ola bilməz və nüvə müharibəsinə başlamaq olmaz” prinsiplərinə möhkəm sadiqdir.