Dünən saat 13:30 radələrində Artsaxın Martakert rayonunda Drmbon-Martakert yolunda Azərbaycan kolonası səbəbindən yolun əks zolağı ilə hərəkət edən erməni avtomobili qəzaya uğrayıb. Avtomobil yolun sağ tərəfindəki dərəyə düşüb.
Artsax Prokurorluğunun məlumatına görə, hadisədən dərhal sonra polis əməkdaşları hadisə yerinə gəliblər.
Sürücü və avtomobildəki iki sərniş ciddi xəsarət almayıb və həyatları üçün təhlükə yoxdur.
Polis qəzanın baş vermə şəraitini, qəza və toqquşmanın səbəblərini, qarşısının alınmasının mümkünlüyünü, toqquşmanın qəsdən və ya ehtiyatsızlıqdan baş verməsini öyrənmək üçün tədbirlər görür.