Avropa Birliyinin Rusiyanın enerji resurslarına embarqo qoyması Macarıstan iqtisadiyyatı üçün atom bombasına bərabər olacaq. Reuters xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban qeyd edib.
Nazirlər Kabinetinin rəhbəri bildirib ki, Rusiyanın enerji sektoruna qoyulan məhdudiyyətlər Budapeşt üçün qırmızı xəttdir.
Orban əlavə edib ki, Macarıstan tərəfi bu məsələ ilə bağlı yeni təkliflər ölkənin maraqlarına uyğun olarsa, onları müzakirə etməyə hazır olacaq.
Macarıstanın baş naziri Avropa Komissiyasının sədri Ursula fon der Layenə yazdığı məktubda qeyd etdi ki, ölkə və Avropa Birliyi ümumiyyətlə Rusiyanın neft embarqosunu qəbul etməyə hazır deyil.