Mayın 5-də ABŞ-ə işgüzar səfəri çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda Beynəlxalq Respublikaçılar İnstitutunun Avrasiya üzrə regional direktoru Stiven Niks ilə görüşüb.
Ararat Mirzoyan Ermənistanda Beynəlxalq Respublikaçılar İnstitutunun həyata keçirdiyi və müxtəlif sahələrində islahatların gündəliyinə dəstək olmaq məqsədi daşıyan proqramlarına əhəmiyyət verdi.
Stiven Niks qeyd edib ki, Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanda demokratik təsisatların dəstəklənməsi potensialının inkişafına yönəlmiş fəaliyyətini davam etdirəcək.
ER XİN rəhbəri vurğulayıb ki, Ermənistan hökumətinin prioritetlərindən biri demokratiya, qanunun aliliyi və korrupsiyaya qarşı davamlı mübarizənin gücləndirilməsidir.