ABŞ Prezidentinin mətbuat katibi Cen Psaki mayın 13-də vəzifəsini tərk edəcək.
Bu barədə Ağ Ev bəyanat yayıb. Bildirilir ki, Psakinin yerinə onun müavini Kareen Jan-Pyer təyin edilib.
“Kareen belə çətin işə təcrübə istedad və dürüstlük gətirməyəcək, həm də Amerika xalqı adından Bayden-Harris administrasiyasının işi haqqında məlumatların yayılmasına rəhbərlik etməyə davam edəcək”,- deyə Prezident Co Bayden açıqlamasında bildirib.