Mayın 5-də ABŞ-a işgüzar səfəri çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ABŞ Senatının Xarici Əlaqələr Komissiyanın sədri, senator Bob Menendes ilə görüşüb. Görüşdə komissiyanın üzvü senator Cim Riç də iştirak edib.
Həmsöhbətlər Ermənistan-Amerika münasibətlərinin gündəliyinə, eləcə də Ermənistan, Artsaxdakı təhlükəsizlik vəziyyəti və regional vəziyyətlə bağlı bir sıra məsələlərə toxundular.
Tərəflər Ermənistan-Amerika arasında 30 illik diplomatik münasibətləri ərzində əldə olunan nailiyyətləri məmnunluqla qeyd ediblər. ER XİN başçısı Ermənistanda aparılan islahatlara, demokratiyanın möhkəmlənməsinə, iqtisadi sahənin inkişafına ABŞ-ın dəstəyinin vacibliyini vurğulayıb.
Ararat Mirzoyan Bob Menendesin Erməni Soyqırımının tanınması ilə bağlı Senat qətnaməsinin qəbuluna verdiyi töhfəni yüksək qiymətləndirib.
ER XİN başçısı həmçinin Dağlıq Qarabağdakı mövcud humanitar vəziyyət, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı mövqeyini təqdim edib. Bu kontekstdə Azərbaycanın gərginlik yaratmasının yolverilməzliyi vurğulanıb.
Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və mülki girovların vətənə qaytarılmasının zəruriliyi də vurğulanıb.
ER xarici işlər naziri Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına yönəlmiş son hadisələri də təqdim edib.