Mayın 5-də ABŞ-da işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Respublikaçılar Partiyası Senatının sədri Mitç Makkonel ilə görüşüb.
Həmsöhbətlər ümumi erməni-amerikan dəyərlərinə əsaslanan əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Tərəflər regional təhlükəsizlik və sabitlik məsələləri müzakirə ediblər.
Ararat Mirzoyan həmsöhbətinə Dağlıq Qarabağdakı vəziyyəti təqdim edib. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik səylərinin vacibliyi vurğulanıb.
Görüş zamanı nazir Mirzoyan Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinin təfərrüatlarını təqdim da edib.