Türkiyənin aviasiya orqanları “Flyone Armenia”ya Türkiyə hava məkanı vasitəsilə Avropa ölkələrinə uçuşlar həyata keçirmək imkanı verməyib.
Vurğulanıb ki, şirkət iyunun 10-dək Yerevan-Lion-Yerevan və Yerevan-Paris-Yerevan reysləri ləğv etməyə məcbur olub.
Qeyd edək ki, Yerevan-İstanbul-Yerevan marşrutu üzrə uçuşlar qrafikə uyğun həyata keçirilir. Uçuşların bərpası ilə bağlı müvafiq məlumat veriləcək.