Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub.
Vladimir Putin Emmanuel Makronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Tərəflər arasında Ukrayna ətrafındakı vəziyyət müzakirə olunub. Rusiya Prezidenti BMT-nin baş katibi Antoniu Quttereş ilə görüşünün nəticələri barədə qarşı tərəfə məlumat verib, Rusiyanın Ukrayna ilə danışıqlara açıq olduğunu bildirib.