Brüsseldə Avropa Parlamentinin iclası keçirilir. Yığıncaqda Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketi müzakirə olunur.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviter səhifəsində yazıb.
“Nəhayət, biz indi Rusiya neftinə qadağa qoyulmasını təklif edirik. Bu, asan olmayacaq. Ancaq biz bunun üzərində işləməliyik. Rusiyaya təzyiqi maksimuma çatdırmaqla yanaşı, bunun iqtisadiyyatımıza təsirini də azaltmalıyıq. Biz Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik”, - o vurğulayıb.