Mayın 4-də Ermənistanın maliyyə naziri Tigran Xaçatryan Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorini ilə görüşüb.
Tigran Xaçatryan qonaqları salamlayaraq, Ermənistandakı mövcud makroiqtisadi vəziyyəti təqdim edib və Aİ-nin Ermənistandakı fəaliyyətini xüsusi qeyd edib, regional proseslər kontekstində mümkün risklərə və Ermənistan iqtisadiyyatına təsirinə toxunub.
Səfir Viktorin Aİ-nin Ermənistan hökumətinə yardımı davam etdirməyə hazır olduğunu vurğulayıb və Aİ-nin Ermənistanda həyata keçirdiyi proqramlar barədə ətraflı məlumat verib.
O, hökumətin ER-Aİ əməkdaşlığının gücləndirilməsinə və əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsinə yönəlmiş səylərindən məmnunluğunu ifadə edib.