Mayın 3-də Vyanada Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələr, müvafiq olaraq, Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyan ilə səfir Serdar Kılıç arasında üçüncü görüş keçirilib.
Xüsusi Nümayəndələr bu proses vasitəsilə ölkələri arasında tam normallaşmağa nail olmaq məqsədini bir daha təsdiqləyiblər.
Bununla bağlı aydın yanaşmalara dair səmimi və səmərəli fikir mübadiləsi aparılıb, nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün bu istiqamətdə atıla biləcək mümkün addımlar müzakirə olunub.
Onlar prosesin ilkin şərt olmadan davam etdirilməsinə dair razılıqlarını bir daha təsdiqləyiblər.