Ermənistan regionda sülh və sabitliyin bərqərar olunmasında ABŞ-la tərəfdaşlığı yüksək qiymətləndirir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüş zamanı bildirib.
“Amerika Birləşmiş Ştatlarının ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək üçün oynadığı mühüm rolu vurğulamaq istərdim”,-deyə Mirzoyan əlavə edib:
“Mən həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində ABŞ-ın dəstəyini və Erməni soyqırımını pisləyərək bu il də mövqeyini təsdiqləməsini qeyd edirəm”.