Mayın 2-də ABŞ-da işgüzar səfərdə olan Ararat Mirzoyan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə köməkçisinin müavini Viktoriya Nuland ilə görüşüb.
Ararat Mirzoyan və Viktoria Nulan regional təhlükəsizlik və sabitlik ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı Ermənistan, Azərbaycan liderlərinin Soçi və Brüsseldə əldə etdiyi razılaşmaların icrası müzakirə edilib.
Tərəflər Dağlıq Qarabağda yaranmış vəziyyətə, eləcə də Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişi üzrə danışıqların başlanması prosesinə də toxunublar.
Bu kontekstdə Ermənistan xarici işlər naziri ATƏT-in Minsk Qrupu həmsədrlərinin işini bərpa etməyin vacibliyini vurğulayıb.
44 günlük müharibə nəticəsində yaranan humanitar məsələlər, xüsusilə erməni hərbi əsirlərin dərhal azad edilməsi, vətənə qaytarılması, Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəni və dini irsinin qorunub saxlanması məsələləri müzakirə olunub.