ABŞ-ın Ermənistandakı səfirliyi vəzifəsinin icrasına başladıqdan sonra ilk dəfə Yerevanda səfərdə olan Kanzas Milli Qvardiyasının komandanı Deyvid Vayshaarini qəbul etdi.
ABŞ-ın Ermənistandakə səfirliyi bildirdi ki. General Vayshaari Kanzas Milli Qvardiyasının digər rəhbərləri ilə birlikdə ER Müdafiə, Fövqəladə Hallar Nazirliklərinin və ER Dövlət Gəlirləri Komitəsinin yüksək rütbəli rəsmiləri ilə görüşəcək.
O, 12-ci Sülhməramlı Briqada, Hərbi Hospital, Milli Müdafiə Tədqiqat Universiteti, Hərbi Universitetdə də olacaq.
“Mən Ermənistan və Kanzas ştatı arasında son 20 ildə fəal əməkdaşlıqdan çox qürur duyuram. Hər bir səfər və əməkdaşlıq nəticəsində əlaqələrimiz daha da möhkəmləndi. Erməni dostlarımızla çiyin-çiyinə işləmək, birlikdə təhsil almaq və təkmilləşmək bizim üçün həmişə şərəfdir”, - deyə general-mayor bildirib.