ER Baş naziri Nikol Paşinyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Jilbert-Lyuk Dvinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Biz Ermənistanın və Artsaxın yanında olmağa davam edəcəyik”- deyə Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Artsaxın müstəqilliyinin Fransa Senatı tərəfindən tanınmasına yönəlmiş qətnamənin senatorlar tərəfindən geniş dəstək aldığını xatırladaraq deyib.
Baş nazir Paşinyan qeyd edib ki, Senatın qəbul etdiyi qətnamənin böyük siyasi əhəmiyyəti var, bu, Artsax ermənilərinin hüquqlarının beynəlxalqcasına tanınması kontekstində böyük güc və inam verir.
Görüşdə Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin, girovların və digər saxlanılan mülki şəxslərin geri qaytarılması, Dağlıq Qarabağ ətrafındakı vəziyyət, humanitar məsələlər, eləcə də Ermənistanda demokratiyanın inkişafı ilə bağlı məsələlərə toxunulub.