Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 2-də USAID-in rəhbəri Samanta Pauer ilə görüşüb. Bu barədə ER XİN-dən məlumat verilib.
Həmsöhbətlər ümumi demokratik dəyərlərə əsaslanan Ermənistan-Amerika münasibətlərinin davamlı inkişafından məmnunluq ifadə ediblər.
Görüş zamanı USAİD proqramları ilə bağlı Ermənistanın prioritetləri, Ermənistan hökumətinin korrupsiyaya qarşı mübarizəyə dəstək səyləri də müzakirə olundu. Tərəflər həmçinin əməkdaşlığın genişləndirilməsi və yeni birgə proqramların həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Görüş zamanı nazir Mirzoyan 44 günlük müharibənin yaratdığı humanitar məsələləri təqdim edib. Bu kontekstdə Azərbaycanın saxladığı erməni hərbi əsirlərin və mülki şəxslərin vətənə qaytarılmasının zəruriliyi xüsusilə vurğulandı.