ABŞ Ermənistanla Azərbaycan arasında dialoqu alqışlayır.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken ER XİN başçısı Ararat Mirzoyanla görüşdə bildirib.
“Mən baş nazir və onun hökumətini apardıqları demokratik islahatlara, irəliləyişlərə görə salamlayıram və Ermənistanla Azərbaycan arasında dialoqu da alqışlayıram. Baş nazir və Ermənistanın bu prosesdə göstərdiyi uzaqgörənliyə, cəsarətə və çevikliyə, davamlı sülhə can atdıqlarına görə səmimi təşəkkürümü bildirirəm”, - Blinken deyib.