Rusiya xarici işlər naziri Sergey Lavrov “Mediaset” televiziya şirkətinə müsahibəsində Moskvanın Kiyevə təqdim etdiyi tələbibndən danışıb.
Onun sözlərinə görə, Rusiya Ukrayna prezidenti Vladimir Zelenskidən müqaviməti dayandırmağı əmr etməyi tələb edir.
O vurğulayıb ki, Rusiya tərəfi Ukraynada rejim dəyişikliyini nəzərdə tutmur. Ukrayna liderinin ölkəsinə sülh gətirə biləcəyini qeyd edən Lavrov qeyd etdi ki, Zelenski “sülh prezidenti” ola bilərdi, lakin bunun əvəzinə heç vaxt Minsk razılaşmalarını yerinə yetirməyəcəyini açıq şəkildə bəyan etdi.
Ukraynada xüsusi əməliyyatın başa çatmanın mümkün müddətinə toxunan Rusiya XİN başçısı qeyd etdi ki, bu, qarşıya qoyulan bütün məqsədlərə nail olanda başa çatacaq.