Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisindan Azərbaycanda saxlanılan müddətli həqiqi hərbi xidmətə çağırılmış Eduard Martirosova baş çəkib.
Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni “Lurer”ə bildirib ki, onlar Eduard Martirosovun saxlanma şəraiti ilə tanış olub, ailəsi ilə əlaqə yaratmağa kömək ediblər.
Zara Amatuni (BQXK-nın Ermənistan nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri) - Bu, bizim həmin şəxsə ilk səfərimiz idi. Qırmızı Xaç Komitəsi çərçivəsində ailə ilə məktub və Qırmızı Xaçdan mesaj şəklində əlaqə saxlamaq mümkün olub.
Səfər zamanı onun saxlanma şəraiti, səhhətin yoxlanılması diqqət mərkəzində olub. Ümid edirik ki, o, orada olduğu müddətdə belə səfərlər mütəmadi olacaq.
Xatırladaq ki, Müdafiə Nazirliyi aprelin 23-də hərbi hissədən hərbi hissəyə gedərkən hərbi qulluqçu ilə əlaqənin kəsildiyini bildirmişdi.