Ermənistan regionun ümumi inkişafı üçün birgə səylərə böyük əhəmiyyət verir, bunun müntəzəm təzahürlərindən biri də Fars körfəzi-Qara dəniz beynəlxalq nəqliyyat-tranzit dəhlizinin yaradılması istiqamətində ölkələrimiz arasında əməkdaşlıqdır.
Bu barədə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə birgə bəyanatı zamanı deyib.
Ermənistan Respublikasının XİN rəhbəri vurğulayıb ki, bu gün onlar regional və beynəlxalq təhlükəsizlik və sabitliyə həsr olunmuş məsələlərə də toxunublar.
“Mən həmkarıma Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti, regional sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş proseslərə dair Ermənistanın mövqeyini təqdim etdim”, - Mirzoyan bildirib.
Mirzoyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT Minsk qrupunun həmsədrliyinin vasitəçilik rolunu vurğulayıb.
"Humanitar məsələlər həllini tapmamış qalır. Azərbaycan üçtərəfli bəyanatın müddəalarını pozaraq, erməni hərbi əsirləri və mülki şəxsləri girov saxlamaqda davam edir", - deyə Mirzoyan bildirib.