Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatına cavab verib.
“Biz bəyan etmişik ki, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımaq təklifində qəbuledilməz heç nə yoxdur. Biz onu da bildirdik ki, Ermənistan və Azərbaycan 1990-cı illərin əvvəllərində bir-birinin ərazi bütövlüyünü tanıyıb. Dağlıq Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizlik məsələsidir. Amma Azərbaycanın bir sıra yüksək rütbəli məmurlarının bəzi bəyanatlarına aydınlıq gətirilməlidir. Bu bəyanatlar kontekstində hesab edirik ki, Azərbaycan rəsmiləri Azərbaycanın ərazi bütövlüyündə hansı əraziləri gördüklərini dəqiqləşdirməlidirlər, Ermənistan da ona görə Ermənistanın mövqeyinə aydınlıq gətirsin”,- deyə Armen Qriqoryan qeyd etdi.